ABŞ məhkəməsi qaradərilini kürəyindən vuraraq öldürən polisin silahdan qanunsuz istifadə etməsi ilə bağlı qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Cənubi Karolina əyalətində yaradılan istintaq heyəti (münsiflər heyəti), zənci Valter Skotu öldürən ağdərili polis Maykl Slagerin qanunsuz silahdan istifadə etdiyini təstiqləyib. Skot ailəsinin vəkili Kris Stevart, qərarın ardından bunları deyib: "Qararanlıq zamanda belə inancını qorusan işığı görəcəksən. Bu bir nümunədir. Qərarı yalnız bir addım kimi dəyərləndirirəm". ABŞ hakimlərinin verəcəkləri qərara görə Slager məhkəmə tərəfindən cəzalandırılacağı halda 30 ildən, ömürlük həbsə qədər fərqli cəzalara məhkum edilə bilər. Məhkəmənin tarixi isə hələ müəyyən olunmayıb.
Qeyd edək ki, işıqfor sıradançıxdığı bir vaxtda Skot polis tərəfindən saxlanılmışdı. Bu an qaçmağa çalışan zənci polis tərəfindən 8 dəfə atəş açılaraq öldürülmüşdü. Hadisə, vətəndaş tərəfindən çəkilərək "The Post and Courier" qəzetində nəşr edilmişdi, elə bu andan sonra cinayətlə bağlı araşdırma aparılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB