Almaniyanın cənubunda "böyük yeddiliyin" sammiti başa çatmaq üzrədir. Artıq ikinci ildir ki, görüş Rusiyanın iştirakı olmadan keçirilir. Lakin Moskva ilə münasibətlərin müzakirəsi forumun əsas mövzularından biri olaraq qalır.
G7 liderlərinin Rusiyanı tərəfdaş kimi görmək istədikləri barədə bəyanatları fonunda Ukraynadakı hadisələrlə bağlı rəsmi Moskvaya qarşı tətbiq olunan sanksiyaların müddəti çox güman ki, yenidən uzadılacaq.
Avropa Şurasının sədri Donald Tusk: "Mən güman edirəm ki, bu gün biz "böyük yeddiliyin" Rusiyaya qarşı sanksiyalar məsələsində birliyini nümayiş etdirəcəyik. Hazırkı vəziyyət nəzərə alınmaqla kimsə sanksiya rejiminin dəyişməsi ilə bağlı müzakirə aparmaq istəyərsə, söhbət yalnız onun sərtləşdirilməsindən gedə bilər".
G7 liderlərinin görüşü Bavariyanın Elmau qəsrində keçirilir. Antiqlobalçılar ənənəvi olaraq sammitin keçirildiyi yerə can atsalar da, Almaniyanın təhlükəsizlik xidmətinin əməkdaşları onları qəsrə 20 kilometrdən yaxın buraxmayıblar. Fəallar isə buna cavab olaraq forumun keçiriləcəyi yerə aparan yolları bağlamağa çalışıblar. Lakin bu da onlara müyəssər olmayıb. "Böyük yeddiliyin" liderlərini 30 minə yaxın polis əməkdaşı qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB