Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) koalisiya hökumətinin yaradılmasına hazırdır və hazırda təkrar parlament seçkilərinin keçirilməsi barədə danışmaq hələ çox tezdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş deyib. Bununla yanaşı, N.Kurtulmuş koalisiya hökumətinin yaradılmasında AKP ilə yanaşı hansı partiyanın olacağını qeyd etməyib.
O bildirib ki, AKP demokratiya prinsiplərinə sadiqdir və Türkiyənin müxalifət partiyalarının ölkənin hakim partiyası ilə koalisiya hökuməti yaratmaq istəməmələrini dilə gətirmələri ani verilmiş qərardır.
İyunun 8-i Türkiyənin baş naziri Əhməd Davudoğlunun Nazirlər Kabinetinin iclasını topladığı məlumat verilib. İclasda Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB