Yunanıstan Baş naziri etiraz etdi

“Kredit agentliklǝrinin irǝli sürdüyü şǝrtlǝr real deyil”
Yunanıstan Baş naziri etiraz etdi

Yunanıstan Baş naziri Aleksis Tsipras kredit agentliklǝrinin irǝli sürdüyü şǝrtlǝrin real olmadığını bildirib. O, ölkǝsinin mǝntiqǝ uyğun olmayan istǝklǝri qǝbul etmǝyǝcǝyini söylǝyib. Xarici KİV-lər xəbər verir ki, Baş nazir Aleksis Tsipras bu barədə parlamentdə siyasi partiya liderlǝrinin qatıldığı növbǝdǝn kǝnar yığıncaqda mǝlumat verib. O deyib: "Dörd aylıq müzakirǝlǝrdǝn sonra kreditorların ortaya qoyduğu mövqe mǝnasızdır. Ölkǝnin borc problemi hǝll edilmǝdǝn hǝr hansı razılaşmanı imzalamaq istǝmirik. Az vaxt qalıb, ancaq bu, sadǝcǝ Yunanıstan üçün deyil, hǝr kǝs üçün qüvvǝdǝ olan məsələdir".

Yunanıstanın cǝzalandırılmasının sadǝcǝ bu ölkǝyǝ zǝrǝr verǝcǝyinǝ inananların sǝhv düşündüklǝrini vurğulayan Aleksis Tsipras bildirib ki, Cǝnubi Avropa ölkǝlǝri üçün dǝ fǝlakǝt siqnalları verilǝcǝk. Bu mübarizǝ sadǝcǝ Yunanıstanın yox, bütün Avropa xalqlarının gǝlǝcǝyi ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə