Kensinqton sarayının Twitter səhifəsində Kembric şahzadəsi Şarlotta Yelizaveta Diananın ilk fotoşəkilləri yer alıb. O, fotolarda böyük qardaşı, şahzadə Corcla birlikdə əks olunub. Vesti informasiya agentliyi xəbər verir ki, şahzadələrin şəklini anaları Hersoginya Keyt mayın ortalarında çəkib. #WelcomeToTheFamily haşteqdə yerşəldirilmiş qeydlərdə deyilir: "Biz şahzadə Corcun kiçik bacısı şahzadə Şarlotta ilə ilk fotoşəkillərini paylaşmağa şadıq".
Şahzadə Şarlotta mayın 2-də Londonda müqəddəs Mariya hospitalında doğulub. O, Böyük Britanıya kraliçası Yelizavetanın beşinci nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB