Həmas “terror təşkilatı” siyahısından çıxarıldı

Həmas “terror təşkilatı” siyahısından çıxarıldı

Misirdə Həmas Hərəkatının "terror təşkilatı" olduğu istiqamətində verilən məhkəmə qərarının ləğv edildiyi bildirilib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Qahirə Təcili İşlər Apelyasiya Məhkəməsi, Həmas Hərəkatının "terrorçu təşkilat" daha əvvəl Qahirə Təcili İşlər Məhkəməsi tərəfindən verilən qərarı ləğv edib. Qərar mətnində "Dövlət İşləri Heyəti"nin etirazı qəbul edilib. Həmasın terrorçu təşkilat olması ilə bağlı verilən birinci qərarın qüvvədən düşdüyü və bu səbəblə ləğv edildiyi bildirilir.

Qeyd edək ki, Qahirə Təcili İşlər Məhkəməsi bu ilin 28 fevral tarixində Həmasın "terror təşkilatı" olaraq qəbul edilməsi ilə bağlı qərarını vermişdi. Dövlət İşləri Kabineti isə martın 11-də qərara etiraz etmişdi. Digər tərəfdən, Həmas Hərəkatı qərarın ləğvini mühüm addım kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə