Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Diyarbəkir şəhərində mitinqdə baş verən partlayışa münasibət bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident hadisənin sabah keçiriləcək parlament seçkilərinə ciddi mənada kölgə salacağını ifadə edib.
Televiziya kanalında HDP-nin (Xalqların Demokrat Partiyası) Diyarbakır mitinqində meydana gələn partlayışla əlaqədar sualları cavablandıran Ərdoğan ölənlərin ailələrinə başsağlığı, yaralılara şəfa diləyib: "Mitinq keçirilən vaxt iki fərqli nöqtədə partlayış haqqında məlumat verilib. Elektrik blokunun yaxınlığında su satan bir şəxsin olduğu da deyilir. Bombanın 40-50 metr məsafədə yerləşən zibil qutusuna yerləşdirildiyi ifadə edilir. Bugünkü hadisənin seçki ərəfəsində olması, seçkiyə ciddi mənada kölgə saldı. Seçimi elə və ya belə də olsa keçirəcəyik. Bütün təhlükəsizlik tədbirləri daha da artırılıb. Seçimi ən yaxşı şərtlərlə reallaşdırmaq üçün səy göstəririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB