Türkiyədə "sükut günü"dür

Bu gün Türkiyədə parlament seçkilərindən əvvəl "sükut günü" elan edilib. SİA-nın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Mərkəzi Seçki Komisiyası məlumat yayıb.

Məlumata görə, bu gün siyasi partiyalara seçkiqabağı təşviqat kampaniyasını hər hansı formada aparmaq qadağan edilib.

Qeyd edək ki, sabah Türkiyədə keçiriləcək parlament seçkilərində 20 siyasi partiya mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə