İtaliyada mafiyaya qarşı xüsusi əməliyyat keçirilib

İtaliyada mafiyaya qarşı xüsusi əməliyyat keçirilib

İtaliya karabinerləri mayın 4-də səhər saatlarında mafiya ilə mübarizə çərçivəsində xüsusi əməliyyat keçirib. Euronews telekanalı xəbər verir ki, paytaxt Romada, həmçinin Rietti, Frozinone, Akvila, Kataniya və Enna əyalətlərində keçirilən əməliyyatlar zamanı 44 nəfər həbs edilib.

Həbslər İtaliyanın paytaxtında biznesmenlərin və siyasətçilərin cəlb olunduğu mafiya strukturunun mövcudluğunu təsdiqləyən təhqiqatın əsasında aparılıb. İstintaqın versiyasına görə, söhbət miqrasiya axınının idarəçiliyi sahəsində dövlət maliyyəsi ilə əlaqəsi olan korrupsiya sistemindən gedir.

Hazırda hüquq mühafizə orqanları şübhəli bilinən 21 nəfərin evində də axtarışlar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə