Nepalda helikopter qəzası

Nepalda humanitar yardım daşıyan helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Bu barədə yerli polis nümayəndələri məlumat verib. TASS informasiya agentliyi xəbər verir ki, zəlzələdən zərər çəkən rayonlara humanitar yardım daşıyan helikopter ölkənin paytaxtı Katmadu şəhərindən şimalda qəzaya uğrayıb. Hadisə yerində 4 nəfərin cəsədi aşkarlanıb.

May ayının ortalarında Nepalda, həmçinin humanitar yüklərin daşınması ilə məşğul olan ABŞ-a aid hərbi helikopter də qəzaya uğramışdı. Həmin hadisə zamanı altı amerikalı hərbçi və iki Nepal vətəndaşı həyatını itirmişdi.

Xatırladaq ki, aprelin 25-də və mayın 12-də Nepalda baş verən iki güclü zəlzələ nəticəsində 8 min nəfərdən çox insan həlak olub, 18 minə qədər insan isə xəsarət alıb. Bundan əlavə 500 mindən çox ev tamamilə dağılıb, 270 minədək ev isə zədələnib. Nepal hökuməti təbii fəlakətin vurduğu zərəri 10 milyard dollardan artıq məbləğdə qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə