Tank minik avtomobilinin üstündən keçdi FOTO

Tank minik avtomobilinin üstündən keçdi FOTO

Almaniyanın Detmold (Şimali Reyn Federasiyası - Vestfaliya) şəhərinin yaxınlığında "Toyota" markalı minik avtomobilinin üstündən tank keçib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yerli polislər bildirib ki, qəza zamanı xəsarət alan olmayıb.

İlkin məlumata görə isə avtomobilin sükanı arxasında olan 18 yaşlı qız, dönmə əməliyyatını yerinə yetirərkən əks istiqamətdə hərəkət edən hərbi texnikanı görməyib.

Nəticədə Böyük Britaniya silahlı qüvvələrinə məxsus tank "Toyota" markalı maşının üstündən keçib. Xoşbəxtlik nəticəsində gənc qız xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə