Braziliyada Jao Rodriqez adlı millət vəkilinin parlamentdə porno izləməsi görüntülərinin ortaya çıxması ölkəni bir-birinə qatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, seçki islahatı haqqında müzakirələr edildiyi sırada baş verən hadisədən sonra, açıqlama verən millət vəkili videonun "WhatsApp"da bir qrup yazışmasına göndərildiyini söyləyib. Millət vəkili videonu silmək istəyərkən tutulduğunu qeyd edib.
"WhatsApp"da təxminən 100 qrupda varam, gün boyu lazımlı və lazımsız məzmunları ayırmaq məcburiyyətində qalıram. Məni maraqlandıranları saxlayıram və ya başqalarına göndərirəm. Maraqlandırmayanları da silirəm. Elə o anda lazımsız videonu silirdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB