Yaponiyada 8,5 bal gücündə zəlzələ olub

Yaponiyada 8,5 bal gücündə zəlzələ olub

Bu gün Yaponiyanın şərq sahillərində Rixter şkalası üzrə 8,5 bal gücündə zəlzələ olub. Yaponiya mətbuatı məlumat verir ki, zəlzələ 570 kilometr dərinlikdə paytaxt Tokiodan təqribən 1000 kilometr cənubda Oqasavara adası yaxınlığında baş verib.

Təqribən bir dəqiqə müddətində davam edən zəlzələ səbəbi ilə Narita aeroportunda uçuşlar müvəqqəti olaraq təxirə salınıb, Tokio-Osaka şəhərləri arasındakı elektrik qatarı hərəkətinə məhdudiyyət qoyulub.

Zəlzələ Tokioda 4, Oqasavarada isə 5 bal gücündə hiss olunub. Yaponiya Meteorologiya Agentliyi sunami təhlükəsinin olmadığı barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə