Pakistanın Belucistan əyalətində iki sərnişin avtobusunu ələ keçirən yaraqlılar azı 19 nəfəri qətlə yetiriblər. Euronews telekanalı xəbər verir ki, Belucistan əyaləti polisinin məlumatına əsasən, hücumda 15 nəfərdən 20 nəfərədək silahlı şəxs iştirak edib. Girovlardan beşini azadlığa buraxan yaraqlılar hadisə yerindən qaça biliblər.
Pakistan ərazisində fəaliyyət göstərən heç bir qruplaşma hələ ki, hadisənin məsuliyyətini öz üzərinə götürməyib.
Xatırladaq ki, mayın 13-də İŞİD qruplaşmasının yaraqlıları Kəraçi şəhərində içərisində İsmaili təriqəti üzvlərinin olduğu avtobusu atəşə tutmuşdular. Nəticədə 46 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB