“Soyqırım”ı inkar etdi Parlamentdən qovuldu

“Soyqırım”ı inkar etdi Parlamentdən qovuldu

Avropanın ilk hicablı millət vəkili Mahinur Özdəmir 1915-ci il hadisələrinə "soyqırım" demədiyi üçün partiyasından xaric edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Demokratik Humanist Mərkəz (CDH) partiyasının təmsilçisi olan Özdəmir Avropanın ilk hicablı millət vəkili kimi tarixə düşüb. Brüsselin millət vəkili olan Mahinur Özdəmir partiya rəhbərliyindən gələn 1915 hadisələri ilə bağlı erməni iddialarını "soyqırım" olaraq tanıması təzyiqini rədd edib. Buna görə də, toplantı keçirən CDH "etik" komitəsi Özdəmirin partiyadan xaric edilməsi qərarını verib. Özdəmirin Brüssel Parlamentindən xaric edilməsinə yol açan digər səbəb CDH lideri Benoit Lutgenin sözləri olub.

O, "soyqırım"la bağlı millət vəkillərinə təzyiq göstərib: "Əgər partiyamızdan "soyqırımı" inkar edən varsa, həmin şəxs özünü partiyadan çıxmış bilsin".

Bu sözlərdən sonra Belçika mediası da rahat dayanmayıb. Parlamentdə 1915-ci il hadisələri ilə bağlı baş tutan "1 dəqiqəlik sükut"a qatılmayan Mahinur Özdəmiri Belçika mediası gündəmə çıxarıb. Bununla da onun partiyadan qovulmasına şərait yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə