Toni Bleyer istefa edib

İngiltərənin sabiq baş naziri olan Toni Bleyer Yaxın Şərq kvarteti Xüsusi Nümayəndəliyi vəzifəsindən istəfa edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bleyer təxminən 8 ildir bu vəzifədə olmasına baxmayaraq bir məktubla istefa verdiyini dilə gətirib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Muna məktub yazaraq istefa etdiyini deyib.

Qeyd edək ki, Yaxın Şərq kvarteti İsrail-Fələstin probleminin həlli üçün ABŞ, AB, BMT və Rusiya tərəfindən yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə