Səudiyyə Ərəbistanı Yəməndə Husilərə qarşı neytron bombasında istifadə edib. Bu barədə ABŞ-ın "Veterans Today" hərbi saytı məlumat yayıb. Məlumata görə, bombalar F-16-dan atılıb. Sayt Səudiyyə Ərəbistanında F-16 qırıcılarının olmadığını, bombaları və qırıcıları İsrailin verdiyini iddia edib.
Səudiyyənin neytron bombasından istifadə etməsinə qaynaq olaraq isə mayın 20-də Yəməndəki Nukum dağında çəkilən görüntülər göstərilib.
Bombardmandan sonra yaranan göbələk formasındakı duman kütləsinin neytron bombası olduğu bildirilib.
Qeyd edək ki, neytron bombası infrastruktura toxunmadan və radiasiya yaratmadan yalnız canlı qüvvəni məhv edən silahdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB