Taizdə şiddətli döyüşlər gedir

Taizdə şiddətli döyüşlər gedir

Yəmənin Taiz şəhərində "Ənsar Allah" hərəkatının tərəfdarları olan husi-şiə üsyançıları ilə yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsinin döyüşçüləri (prezident Abd Rabbo Mansur Hadiyə sadiq qüvvələr) arasında yeni şiddətli toqquşmalar qeydə alınıb.

Yerli sakinlərin sözlərinə görə, döyüşlərdə ağır texnikadan, o cümlədən artilleriya vasitələrindən istifadə olunur. Raket və qumbaralar şəhərin yaşayış məhəllələrinə düşür. Toqquşmalarda ən azı 7 nəfərin öldüyü, 30 nəfərdən çox insanın isə yaralandığı bildirilir.

Eyni zamanda, Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində yerləşən ordu hissələrinə yüksək döyüş hazırlığı əmri verilib. Bu arada Ər-Riyadın başçılığı ilə beynəlxalq koalisiya qüvvələri husilərin mövqelərinə hava zərbələri endirməkdə davam edir.

Yəməndəki münaqişə nəticəsində indiyədək 1800 nəfərdən çox insan həyatını itirib, 500 mindən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə