Avropa İttifaqı (Aİ) ölkələri əhalisinin təxminən 23 milyonu və ya 5 faizi spirtli içkilərdən asılı vəziyyətdədir. RİA Novosti informasiya agentliyi xəbər verir ki, ekspertlərin fikrincə, alkoqolizm Aİ ölkələrinin hamısında problem yaradır. RTBF teleradio kompaniyasının məlumatına əsasən, əhalisi təxminən 11 milyon olan təkcə Belçikada ən azı 1 milyon insan spirtli içkilərdən asılı vəziyyətə düşüb.
Aİ hələ 2014-cü ildə Avropa Komissiyasını 2016-2022-ci illər ərzində spirtli içkilərin həddən artıq qəbulu ilə mübarizədə yeni strategiya hazırlamağa çağıran qətnamə qəbul edib. Avropa İttifaqının ali icraedici orqanının 2013-cü ildə başa çatan əvvəlki anti-alkoqol strategiyası Avropa cəmiyyətində spirtli içkilərlə bağlı problemləri aradan qaldıra bilməyib.
KİV-lərin məlumatına əsasən, spirtli içkilərdən sui-istifadə nəticəsində Avropa İttifaqına üzv ölkələrdə hər il ümumilikdə 200 minədək insan həyatını itirir. 15-29 yaşlı kişilər arasında ölümlərin dörddə biri, eyni yaşlı qadınlar arasında isə onda biri məhz spirtli içkilərin həddən artıq qəbulu nəticəsində baş verir. Bu səbəbdən ölüm halları ən çox Estoniyada müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB