Fəlakətin vurduğu ziyanın həcmi 337 mln dollar təşkil edir
Çində daşqın 57 can aldı

/Çinin cənubuda daşqınların fəsadları davam edir. Bu vaxta qədər 57 nəfərin öldüyü bildirilir. Amma onlarla insan da itkin düşmüş sayılır. Fəlakətin vurduğu ziyanın həcmi 337 mln dollar təşkil edir.

Avtomobillər, evlər, hətta körpülər də selə qərq oldu. Çinin cənubunda davam edən aramsız yağışların fəsadları hələ də özünü göstərməkdədir. Quansu əyaləti böyük bir gölü xatırladır.

Daşqınlar nəticəsində ölənlərin sayı artıq 57-yə çatıb. Onlardan 16-sı sürüşmənin qurbanı olan binanın uçması nəticəsində ölüb. Başqa bir şəhərdə isə uşaqlarla dolu avtobus qəzaya uğrayıb, nəticədə 21 uşaq müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Selə qərq olan evlərdə köməksiz qalan sakinlər isə qayıqlar və helikopterlər vasitəsiə təxliyyə edilirlər. Məlumata görə onlarla insan itkin düşdüyündən ölü sayının artacağı istisna olunmur.Daşqınlar nəticəsində ümumilikdə 242 min insan ziyan çəkib. Dəymiş ziyanın həcmi 337 mln dollar təşkil edir. Güclü sel 2500-dən çox evin uçmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə