Suriyada 300-dən artıq terrorçu məhv edilib

Suriyada 300-dən artıq terrorçu məhv edilib

Suriyanın İdlib əyalətinin Cisr eş-Şuğur şəhərində "Cabhat ən-Nusra" terrorçu qruplaşmasının 300-dən artıq üzvü məhv edilib, yüzlərlə ekstremist yaralanıb. Bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə hökumət qoşunlarının şəhər xəstəxanasını "Cabhat ən-Nusra" qruplaşmasının mühasirəsindən xilas etməsi məqsədilə kütləvi hücumu nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə