“Uembli”də aviasiya bombası aşkarlandı

“Uembli”də aviasiya bombası aşkarlandı

Britaniyalı istehkamçılar Londonda ciddi həyəcana səbəb olan aviasiya bombasını zərərsizləşdiriblər. Rusiyanın NTV telekanalı xəbər verir ki, II Dünya müharibəsi dövrünə aid Almaniya istehsalı olan 50 kiloqramlıq bomba məşhur "Uembli" stadionunun yaxınlığında aparılan tikinti meydançasında aşkarlanıb. Polis həmin ərazini mühafizə altına alaraq əhalini və ofis əməkdaşlarını oradan uzaqlaşdırıb.

Hadisə yerinə gələn hərbi mütəxəssislər bombanı ən yaxın poliqona apararaq orada partladıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə