Avtomobillə qatar toqquşdu 5 nəfər öldü

Avtomobillə qatar toqquşdu  5 nəfər öldü

Avstriyada avtomobillə qatarın toqquşması nəticəsində azı 5 nəfər həlak olub. France-Presse informasiya agentliyi xəbər verir ki, hadisə ölkənin şimal-şərqində şlaqbaumla təchiz olunmayan dəmiryol keçidində baş verib. Qəza zamanı avtomobildəki 5 nəfər, o cümlədən 3 azyaşlı uşaq həyatını itirib, daha 3 uşaq isə yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya aparılıb. Qatardakı sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir.

Yerli yanğınsöndürmə idarəsindən verilən məlumata görə, yol nəqliyyat hadisəsinin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə