Çində bina uçdu 13 nəfər həlak oldu

Çində bina uçdu  13 nəfər həlak oldu

Çinin cənubunda doqquzmərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb. Sinxua informasiya agentliyi xəbər verir ki, hadisə zamanı binada olduğu ehtimal edilən daha üç nəfərin aqibətindən isə heç bir xəbər yoxdur.

İnsident Çinin cənubunda yerləşən Quyçjou əyalətinin Quyyan şəhərində baş verib. Agentliyin məlumatında binanın 114 sakinindən 93-nün xəsarətsiz ötüşdüyü bildirilir. Yerli hökumətin ilkin versiyasına görə, hadisəyə leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi səbəb olub.

Axtarış əməliyyatlarında xilasetmə xidmətlərinin 100-dən çox əməkdaşı iştirak edir. Yaxınlıqda yerləşən binaların mindən artıq sakini təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə