Putin "Bakı 2015"in açılış mərasimində iştirak edəcək

Putin "Bakı 2015"in açılış mərasimində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək və Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, yaxın zamanda Rusiya Prezidentinin Azərbaycana səfərinin proqramı barədə ətraflı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə