Fələstinlilər divarla Qüdsdən ayrılan Ram şəhərində etiraz aksiyası keçiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəhəri ayırmaq məqsədilə tikilən divara etiraz etmək üçün səmaya şarlar buraxılıb. Fələstin Gənclər və İdman Yüksək Şurası ilə yerli təşkilatların təşkil etdiyi "Bayrağın dalğalansın, bu sənin ölkəndir" adlı tədbir çərçivəsində Ram şəhərinin mərkəzindən ayrı – seçkicilik üçün tikilən divara qədər yürüyüş edən fələstinlilər, divara çatdıqları bir vaxtda yüzlərlə şarı səmaya buraxıb. Gənclər və İdman Milli Məclisinin Baş katibi Mahir əl-Cəməl jurnalistlərə verdiyi açıqlamasında etiraz aksiyası ilə bağlı bunları deyib: "Qüdsə ən yaxın nöqtədə təşkil etdiyimiz bu mitinqlə İsrailə Fələstinlilərin öz ölkələrində sülh və güvən içində yaşamaq istədikləri mesajını veririk. Biz öz milli kimliklərimizlə yaşamaq və əylənmək istəyirik. Bu hadisə eyni zamanda hüquqlarımıza və paytaxtımız olan Qüdsə sahib çıxmağımızın bir mesajıdır".
Qeyd edək ki, İsrail rəhbərliyi 2000-ci ildəki "Əqsa İntifadası"ndan sonra Qərbi Şəriyə və İsrail sərhədini ayırmaq məqsədi ilə 2002-ci ildə divarın inşasına başlayaraq şəhəri bölmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB