Angela Merkel: “Rusiya yaxın zamanda yenidən G7-yə daxil ola bilməyəcək” AÇIQLAMA

Angela Merkel: “Rusiya yaxın zamanda yenidən G7-yə daxil ola bilməyəcək” AÇIQLAMA

Almaniyanın Baş naziri Angela Merkel Ukraynanın lazımi şərtləri yerinə yetirmədən Avropa İttifaqına üzv ola bilməyəcəyini deyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Berlində Federal Məclisdə danışan Angela Merkel Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı bunları deyib: "Ukrayna ilk öncə nəzərdə tutulan şərtləri yerinə yetirməlidir. Avropa İttifaqının standartlarına ciddi yanaşmalıdır. Bütün şərtlər yerinə gətirilərsə, bu vaxt viza məsələsi də asanlaşdırıla bilər".

Bundan başqa, Angela Merkel Rusiyanın yaxın zamanda yenidən G7-yə daxil ola bilməyəcəyini ifadə edib: "Rusiya beynəlxalq hüquq normalarını qəbul etmədikcə və qanunlara uyğun hərəkət etmədikcə, G8 formatına yenidən qayıdılması bu gün mümkün olmayacaq. Beynəlxalq hüquqa hörmət və dövlətlərin ərazi bütövlüyünə qanunauğun şəkildə riayət G8 ölkələri çərçivəsində qorunur. Rusiyanın Ukraynadakı hərəkətləri isə buna uyğun gəlmir".

Bütün xəbərlər Facebook səhifəmizdə