O, Litva hərbi kəşfiyyatının zabiti olduğunu etiraf edib
Litvalı casus tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri məxfi informasiyanın alınması vaxtı Litva kəşfiyyatının əməkdaşını saxlayıblar. Bu haqda Federal Təhlükəsizlik Xidməti xəbər verib.

"Mayın 19-da Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidməti Litva vətəndaşını saxlayıb. Həmin şəxs Litva Respublikasının qeyri-leqal kəşfiyyatının əməkdaşıdır. Xarici kəşfiyyatçı sənədli məxfi informasiyanın Rusiya vətəndaşından alma vaxtı cinayət başında tutulub. Dəlillərin təqdimatından sonra o, ifadələrində Litva hərbi kəşfiyyatının zabiti olduğunu etiraf edib", - deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Hazırda casus "Lefortovo" istintaq təcridxanasında saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə