Tehranda saxlanılan "Washington Post" qəzetinin jurnalisti Ceyson Rezayan gələn həftə məhkəmə qarşısına çıxarılacaq. SİA "france presse" agentliyinə istinadən xəbər verir ki, ABŞ jurnalistinin vəkili Leyla Aşan deyib ki, digər jurnalist, eləcə də Rezayanın həyat yoldaşı Yeganə Salehi və daha bir şübhəliyə prosesdə iştitak etmək üçün məhkəmə tərəfindən çağırış vərəqəsi göndərilib. Vəkil deyib ki, əgər məhkəmə hökm çıxarmasa, növbəti iproses başqa vaxta təyin olunacaq.
Xatırladaq ki, həm ABŞ, həm də İran ikili vətəndaşlığı olan Rezayan ötən ilin iyulundan həbs olunaraq, nəzarətə götürülüb. Aprel ayında isə ona qarşı casusluq, eyni zamanda "düşmən dövlətlərlə iş birliyi" ittihamı irəli sürülüb. O, həmçinin İran dövlətinə qarşı anti təbliğat aparmaqda da günahlandırılır. "Washington Post" qəzetinin 39 yaşlı jurnalisti Ceyson Rezayan Tehranın məşhur "Evin" türməsində saxlanılır. Həyat yoldaşı Yeganə Salehi, həmçinin, üçüncü şübhəli şəxs girov müqabilində müvəqqəti azadlığa buraxılıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB