3737 nəfərlik gəmi qayaya çırpıldı

3737 nəfərlik gəmi qayaya çırpıldı

"Norwegian Dawn" kruiz gəmisi Bermud adaları yaxınlığında korall lifləri ilə toqquşaraq, qayaya çırpılıb. SİA-nın məlumatına görə, bu barədə "ria novosti" xəbər verir. Gəmi Bostona səfər edirdi. Ümumilikdə, gəmidə 2 675 min sərnişin və 1062 heyət üzvünün olduğu bildirilir. Xəsarət alanlar barədə məlumat verilməyib.

Sonuncu məlumata görə, gəmi hadisə baş verməmişdən az öncə Kinqz Uorf limanını tərk edib. ABŞ-ın sahil təhlükəsizlik xidmətindən isə bildirilir ki, gəmidə vəziyyət stabildir və laynerin korpusuna hələ ki, su daxil olmayıb. "Norwegian Dawn"ın qayaya çırpıldığı yerə xilasedici heyət, eləcə də buksir gəmisi göndərilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə