Tarixi evlər 1 avroya satışa çıxdı

Tarixi evlər 1 avroya satışa çıxdı

İtalyanın Siciliya bölgəsindəki Gang, Piedmont bölgəsindəki Carrega Ligure və Abruzzi bölgəsindəki Lecce nei Marsi kəndlərindəki bir-birindən gözəl tarixi evlər artıq satışa çıxardılıb.

Səlahiyyətlilər, İtalyanın ən gözəl yerlərindəki bu tarixi kənd evlərinin "sökülmək məcburiyyətində qalmaması üçün" bu qərarı aldıqlarını söyləyib. Kəndlərin əhalisinin illər keçdikcə gedərək azaldığı və evlərin tərk edildiyini ifadə edən İtalyan səlahiyyətlilər, bu tətbiq sayəsində bu bölgələri yenidən canlandırmağı ümid etdiklərini söyləyib.

Evlərin az qala "pulsuz" satışa təqdim edildiyini, ancaq bu evlərdən birini alacaq hər kəsin, evi bərpa etmək üçün ən az 18 min avro xərcləməyə söz verməsi lazım olduğu da ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə