ABŞ-lı tarixçi, professor Mak Karti "erməni soyqrımı" iddialarına qarşı Türkiyənin daha aktiv hərəkət etməli olduğunu bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tarix və demoqrafiya sahəsindəki işləri ilə tanınan, Osmanlı İmperiyasının son illəri ilə bağlı kitablarla məşhur olan Mak Karti "Amerikadakı Türk obrazı" və "Osmanlı Türkləri, 1281-dən 1923-ə" kitablarının türk dilində lüğətlərinin çap olunması münasibətilə Türkiyədə keçirilən konfransda soyqırımı məsələsinə toxunub.
O qeyd edib ki, türklər soyqırımı məsələsində səslərini daha da yüksəltməli və aktiv olmalıdırlar: "Bəzən güclü olmaqla bərabər, güclü səslə də danışmaq lazımdır. Türkü incitsən sənə 2 cür cavab verər. Ya heç fikir verməz, ya da sərt formada cavabını verər. Türk ağlamaz, özünə yazıq kimi təqdim etməz. Türklərə aktiv olmalarını tövsiyyə edirəm. Baş verənləri hər kəsə danışın, ermənilərin evlərindən didərgin etdiyi 1 milyon türkü, Van şəhərindəki müsəlmanların əksəriyyətinin öldürüldüyünü danışın. Apardığım araşdırmalarda milyonlarla Osmanlı müsəlmanının öldürüldüyü və ya evindən didərgin olunduğunu kəşf etdim. Amerikada heç kimin baş verənlərdən xəbəri olmadığının da fərqinə vardım. Müsəlmanların məruz qaldığı qətliamlar ABŞ-da nə qəzetlərdə, nə də dərs kitablarında yer almayıb. Əksinə həm qəzetlər, həm də dərsliklər sadəcə ermənilərin və yunanların qətliama məruz qaldıqlarını yazır. Üstəlik bu yazıların əksəriyyəti də səhvdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB