Bəyaz dul kimi tanınan Böyük Britaniya vətəndaşı Samanta Llyutveytin "Əş-Şəbab" adlı terror təşkilatının tərkibində bir sıra qanlı hadisələrinin iştirakçısı olduğu bildirilir. SİA xəbər verir ki, bu barədə "Mirror" nəşri yazır.
Nəşrin informasiyasına görə, Bəyaz dulun bu yaxınlarda Keniya universitetində baş verən qətl hadisəsində də adı hallanır. Həmin vaxt orada 148 nəfər təlbə öldürülmüşdü. Lakin buna baxmayaraq, Somalinin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, Lyutveyt bilavasitə terror hücumlarında iştitak etmir. O, sadəcə, idarə edir. Belə ki, Bəyaz dul "Əş-Şəbab"ın lideri Əhməd Ömərin "sağ əli" rolunu oynayır. Bu ekstremist təşkilatın "Əl-Qaidə"nin filialı olduğu da verilən məlumatlar sırasındadır. Sitat: "O, çox əsəbi insandır və idarəetməkədə də öz mükəmməlliyi ilə seçilir. Bəyaz duk Somalidə və Keniyada çoxsaylı insan ölümləri ilə nəticələnən partlayışlara rəhbərlik edib".
Nəşr daha sonra qeyd edir ki, Lyutveyt kifayət qədər qadın və yeniyetmələri terrorçu kamikadze kimi hazırlayaraq, düşərgələrə göndərib. Belə ki, bu ilin fevral ayında Bəyaz dul tərəfindən "verbovka" olunan Londonlu bir qadın Somalinin paytaxtı Moqadişoda yerləşən mehmanxanaların birində özünü partladıb. Nəticədə terror 25 nəfərin həyatına son qoymuş olub.
32 yaşlı Bəyaz dul – Samanta Lyutveyt dprd uşaq anasıdır və onun özü Böyük Brtitaniyada hərbçi ailəsində anadan olub. O, 17 yaşında olarkən, islamçı Cermen Lindsi ilə tanış olub və üç il sonra ona ərə gedib. 2005-ci ildə Lindsi London metrosunda terror aktı törədib və özü də 26 nəfər insanla birgə həlak olub. Həmin vaxtlar Lyutveyt t5əsdiq edirdi ki, əərinin terrorçuluq fəaliyyətindən xəbərsizdir. Lakin indi onun yalan danışdığı və özünün də əsas terrorçular sırasında yer aldığı qeyd olunur.
Rövşən Nurəddnioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB