ABŞ-ın Boston məhkəməsi Cövhər Sarnayevə aid 17 bəndlik ittihamdan 6-nı araşdırdıqdan sonra, ona qarşı ölüm hökmü çıxardıb. Edam öldürücü inyeksiya (damarlara zəhər yeridilmə üsulu –red.) vasitəsilə həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə "vesti.ru" saytı məlumat yayıb. Məlumata görə, televiziya kanalları məhkəmə zalına buraxılmayıblar. Sarnayev əynində qara rəngli palto ilə əllərini çarpazlayaraq, ona oxunan ölüm hökmünü ayaq üstündə qarşılayıb. Hökm oxunduqdan sonra, mühakim rəngi ağarmış şəkildə yerinə oturub. Məhkəmə sona çatdıqdan sonra, pristavlar (ittihamçılar-red.) zalı tərk edərkən, Sarnayev barmaqları ilə tapança işarəsi tutaraq, onlara tərəf xəyalı atəş açmaq jestini göstərib.
Qeyd olunur ki, Sarnayev Bostondan böyük ehtimalla İndiana ştatının federal türməsinə ekastradisiya olunacaq. Deyilənə görə, hökm oxunduğu zaman, məhkəmədə iştirak edən bir neçə nəfərin gözündən yaş axıb. Lakin bunun hansı səbəbdən olduğu qeyd edilməyib.
Maraqlı məqamlardan biri də məhkəmə jürisinin mətbuata verdikləri sözün üstündə durmamalarıdır. Belə ki, onlar jurnalistlərə söz vermişdilər ki, hökm oxunduqdan sonra, onlarla görüşəcəklər. Lakin sonradan heç bir mətbuat açıqlaması olmayıb.
Ancaq zərərçəkənlər jurnalistlərin qarşısına çıxaraq, bəzi açıqlamalar veriblər. Məsələn, Liz Norden – terror hadisəsi zamanı zərər çəkən iki oğul anası deyib ki, o hər gün böyük ürək ağrısı ilə övladlarının ayaq üçün protez geyinmələrinə baxmağa məcburdur: "Buna baxmaq çox çətindir. İndi isə mən rahatam. Sanki çiyinlərimdən ağır yük götürüldü".
Daha bir zərərdidə, terror hadisəsi vaxtı yaralanan bir qız isə bildirib ki, o, indi də xoşbəxt olduğunu deyə bilmir: "Ona görə ki, bir insanı həyatdan məhrum etmək heç də yaxşı şey deyil. Ancaq məni razı salan budur ki, məhkəmə birmənalı şəkildə doğru qərar çıxarıb".
Qeyd edək ki, edam hökmü Cövhər Sarnayevə 15 aprel 2013-cü ildə törədilən qanlı hadisədən yalnız iki il bir ay sonra oxunub. Xatırladaq ki, həmin vaxt o, kustar üsulla hazırlanmış, içinə mismar və metal parçaları doldurulmuş bombanı Boston qaçış marafonunun finalında partlatmışdı. Nəticədə idman yarışı qanlı xaosla başa çatmışdı.
Beləliklə, 11 sentyabr hadisəsindən sonra Bostonda baş verən ən böyük terror hadisəsi nəticəsində 3 nəfər həlak olmuş, 264 nəfər yaralanmış, onlardan 17 nəfərinin müxtəlif bədən üzvləri ambutasiya olunmuşdu. Terror hadisəsi törədildikdən sonra da qanlı olay davam edib. Həyatanı itirən dördünücü şəxs isə polis nəfəri olub. O, Sarnayev qardaşlarını təqib edərkən öldürülüb. Həlak olan beşinci şəxs Cövhər Sarnayevin böyük qardaşı olub. Belə ki, Cövhər həmin anlar qorxudan özünü itirərək, idarə etdiyi avtomobili qardaşının üzərinə sürüb. Sarnayev gizləndiyi qayıqda ABŞ hökumətini tənqid edən məktub da buraxıb.
ABŞ-ın federal prokuroru Karmen isə jurnalistlərə deyib ki, terorr aktı zamanı həlak olanların yaxınları ədalətli qərarın verilməsini gözləyirdilər: "Ədalətli qərar onlara hava və su kimi lazım idi. Bizim məhkəmə prosesi onu nümayiş etdirdi ki, ən qorxunc cinayətlər törətmiş cinayətkarlar ədalətli şəkildə cəza lamalıdırlae. Sarnayevin törətdiyi terror aktı dini deyil, siyasi aksiya idi".
Onu da qeyd edək ki, Sarnayevə qarşı oxunacaq ölüm hökmünə qarşı çıxanlar azlıqda qalıblar.
Rövşən Nurəəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB