İran nüvə müzakirələrinin dördüncü turuna hazırlaşır

İran nüvə müzakirələrinin dördüncü turuna hazırlaşır

İran artıq nüvə müzakirələrinin dördüncü turuna hazırlaşır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İranla "P5 + 1" ölkələri arasında son razılaşma mətninin yazılması məqsədilə həyata keçirilən müzakirələrin dördüncü turu mayın 20-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Beləliklə həmin görüşdə İranla "P5 + 1" ölkələri arasında 12 Mayda Vyanada başlayan müzakirələrin üçüncü turu başa çatacaq. Mayın 12-də baş tutan görüş haqqında mətbuata geniş məlumat verilməsə də, müzakirələrə İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçı və ABŞ xarici işlər naziri müavini Wendy Sherman ilə digər ölkələrin xarici işlər nazirlərinin müavinlərinin qatıldığı ifadə edilib.

Qeyd edək ki, İranla "P5 + 1" qrupu ölkələri arasında 2 Apreldə İsveçrənin Lozanna şəhərində keçirilən görüşdə heç bir razılığa gəlinməmişdi və yekun razılaşmanın 30 İyuna qədər tamamlanması mövzusunda fikir mübadiləsi aparılmışdı. İran sanksiyaların tamamilə qaldırılmasını, "P5 + 1" ölkələri isə nüvə fəaliyyətlərinin tamamilə sülh məqsədilə istifadə olunmasını istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə