Nazirin edam təfərrüatları

Şimali Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In növbəti ölkədaxili səfərini 810-cu hərbi hissənin balıq fermasına edib. Lakin onu müşahidə edənlər sırasında hərbi nazir Xön Yön Çxol görünməyib. SİA-nın məlumatına görə, "stak" agentliyi bu gün xəbər verir ki, Kim Çen Inı səfərdə müşahidə edənlər arasında bir çox yüksək rütbəli məmurlar olub. Eyni zamanda Koreya xalq ordusunun siyasi idarəsinin direktoru Xvan Pxyön So və ümumi cəbhənin Cənubi Koreya məsələləri üzrə komandanı Kim Yan Qon da orada iştirak edib. Lakin müdafiə naziri barədə heç bir məlumat verilməyib.

Ekspertlər isə hesab edirlər ki, Şimali Koreyanın müdafiə nazirinin ölkə liderinin səfəri zamanı yanında görünməməsi bir müddət öncə Cənubi Koreya kəşfiyyatının əldə etdiyi məlumatı təsdiq edə bilər. Belə ki, cənubluların kəşfiyyatı belə bir informasiya yaymışdılar ki, Kim Çen In müdafiə nazirini edam etdirib.

Qeyd olunur ki, adətən KXDR liderinin müxtəlif hərbi hissələrə etdiyi ani səfərləri zamanı Xön Yön Çxol hər zaman onun yanında görünüb. Lakin madafiə nazirinin edamı ilə bağlı xəbər bir daha təsdiq edir ki, sözügedən məlumat həqiqətdir. Cənubi Koreyanın "renxap" agentliyi bununla bağlı bildirmişdi ki, Xön Yön Çxol lazer hədəfli zenit topundan açılan atəş nəticəsində edam olunub. Onun edamını bir neçə yüz insan izləyib. Edama səbəb kimi isə onun hərbi parad zamanı bir neçə səhvlərə yol verməsi göstərilir.

Lakin ötən gün Şimali Koreya televiziyası Xön Yön Çxolun da görüntüləndiyi köhnə kadrlardan birini yayımlayıb. Bununla bağlı Cənubi Koreyaya məxsus informasiya agentliyi qeyd edib ki, adətən, KXDR telekanalında edam olunmuş şəxslərin görüntüləri göstərilmir və eyni zamanda, mətbuatda da həmin insanların adları hallanmır. Qənaəətə gəlinib ki, Xön Yön Çxolun edamdından sonra onun televiziyada görüntülənməsi çox nadir hallardan biridir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə