Nepalda ABŞ helikopterinin qalıqları tapıldı QƏZA

Nepalda ABŞ helikopterinin qalıqları tapıldı QƏZA

Nepal hərbçiləri humanitar missiya həyata keçirərkən qəzaya uğramış Amerika helikopterinin Çinlə sərhəd ərazidəki qalıqlarını aşkar edib. SİA xəbər verir ki, bu barədə "BBC News" saytı məlumat yayıb. Hazırda helikopterdə sağ qalanların müəyyənləşdirilməsi üçün Nepal hərbçiləri tərəfindən müvafiq eniş nöqtəsi axtaılır.

Daha öncə qeyd olunmuşdu ki, ABŞ-ın dəniz piyadasına məxsus helikopteri humanitar missiya həyata keçirərkən, mayın 12-də radarlardan itmişdi. Helikopterin heyəti zəlzələ nəticəsində dağılmış Çarikot şəhərində mülki əhaliyə yardımlar göstərirdi. Heyət tərkibində səkkiz nəfər – altı amerikalı və iki nepal vətəndaşlı var idi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə