Ukrayna Krım Tatarlarının hüquqlarının pozulması ilə bağlı beynəlxalq çağırış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna parlamentində keçirilən ümumi qurultay zamanı Krım Tatarlarının hüquq və azadlıqlarının qorunması üçün BMT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyası, xarici ölkə liderləri və beynəlxalq cəmiyyətə müraciət edən bəyanat qəbul edilib.
Parlamentdə 247 millət vəkilinin dəstəklədiyi bəyanatda Rusiyanın Krım Tatarlarının hüquqlarının pozulmasını bir an əvvəl dayandırması tələb edilir. Bəyanatda belə qeyd olunur: "Ukrayna parlamenti, Rusiyanın Krımdakı insan hüquqları və azadlıqlarının pozulması istiqamətində apardığı siyasəti dayandırmasını tələb edir. Xarici ölkə liderlərini və dövlət başçılarını Krım Tatarlarının Rusiyanın ayrı-seçkicilik və təqibindən qorunması istiqamətində səylərini birləşdirməyə dəvət edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB