Filippin yanğın: 30 ölü

Mayın 13-də Filippinin paytaxtı Manila şəhəri yaxınlığındakı ayaqqabı fabrikində baş verən yanğının qurbanlarının sayı 30 nəfərə çatıb. Daha 10 nəfər xəsarət alıb, azı 20 nəfər isə itkin düşmüş hesab olunur.

Yanğının söndürülməsi yeddi saat çəkib. Hazırda hadisə yerində dağıntıların təmizlənməsi işləri başlayıb.

Yanğın zamanı fabrikin ərazisində nə qədər adam olduğu barədə hələlik rəsmi informasiya yoxdur. Bir qədər əvvəl verilən məlumata görə, alov bürümüş sexlərdə 70-dək fəhlənin qaldığı ehtimal edilir.

İlkin versiyaya görə, yanğına qaynaq işləri zamanı yol verilən səhlənkarlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə