Qambiya hökuməti ölkədə homoseksuallığın sürətlə artması səbəbindən bu amilə qarşı radikal mübarizə aparmaq qərarını verib. SİA "vesti.ru"-ya istinadən xəbər veirir ki, bu Afrika ölkəsinin prezidenti Yaya Camme bəyan edib ki, cinsi azlıqları hətta öz əlləri ilə öldürməyə hazırdır.
1994-cü ildən Qambiyaya rəhbərlik edən 49 yaşlı prezident kəskin bəyanatını ölkənin kənd təsərrüfatı rayonlarına etdiyi səfəri zamanı səsləndirib. Farafeni şəhərində çıxış edən anti-"gey" prezident deyib: "Əgər bu kimi çirkin əməllərinizi Qambiyada da görəcəksinizsə, şəxsən mən şəxsi əllərimlə başınızı kəsəcəm. Əgər siz kişisinizsə və bu ölkədə digər kişi ilə ailə həyatı qurmaq qərarına gəlmisinizsə, onda biz sizi yaxalayacağıq. Bundan sonra isə kimsə sizi görməyəcək. Heç bir ağ adam bizə bu işimizə görə mane ola bilməz".
Xatırladaq ki, Qambiya qanunlarına görə, homoseksuallar və lesbiyanlar bu ölkədə ömürlük həbs cəzası alırlar. Qərb ölkələri isə prezidentin radikal addımlarına qarşı çıxırlar. Məhz bu səbəbdən Yaya Camme "ağ adam" deyərkən, Qərb ölkələrini nəzərdə tutub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB