Nepalda baş verən ikinci 7,3 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayının 65, yaralıların isə 1926 nəfərə çatdığı bildirilir. SİA xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar üzrə milli mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, təkanlar Hindistanda da hiss olunub: "Hətta Nyu-Dehli və Kəlküttədə fəaliyyət göstərən metropolitenlər öz işlərini dayandırıblar. Təbii fəlakət nəticəsində 17 nəfərin öldüyü də qeyd olunur. Hindistanın metereoloji departamenti birinci güclü təkandan sonra ən azı 6 təkrar təkanların olduğunu qeydə alıb".
Xatırladaq ki, aprelin 25-də Nepalda baş verən dağıdıcı zəlzələ nəticəsində 100-ə qədər təkrar təkanların baş verdiyi bildirilib. Nəticədə 8 min insan həyatını itirib, 18 min nəfər isə müxtəlif xəsarətlər alıblar. Ümumilikdə isə yarım milyon bina tamamilə yararsız hala düşüb.
İkinci zəlzələdən sonra rəqəmlərin növbəti dəfə artacağı istisna olunmur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB