“İslam Dövləti” Venesiyanı VURACAQ -ŞOK

“İslam Dövləti” Venesiyanı VURACAQ -ŞOK

İtaliyanın Daxili İşlər Naziriliyi "İslam Dövləti"nin ("İD") müdhiş planı barədə məlumat əldə edib. Belə ki, Suriyada döyüşmüş terrorçuların planlarına görə, onlar Venesiyada yerləşən Laquna mirvarisində terror aktı keçirməyə hazırlaşırlar. Bu barədə İtaliyanın tanınmış araşdırmaçı jurnalisti Covanni Mizinni "Il Giornale" qəzetində yazıb. Araşdırma yazısında bir sıra faktlara əsaslanan jurnalist yazır ki, Venesiya "İD" başkəsənləri üçün hədəfə çevrilib. İtaliyanın Daxili İşlər Nazirliyinin terrorla mübarizə idarəsinin bildirdiyinə görə, Laquna şəhəri terrorçuların qanlı əməllər törətdikdən sonra gizlənə bləcəkləri ən ideal məkandır. Lakin təhlükə yalnız Laqunanı əhatə etmir, bütünlükdə Veneto vilayəti bundan sığortalanmayıb. Terrorla mübarizə idarəsinin 007 agentləri bunu belə izah edirlər ki, təhlükənin yaranması ehtimalının artması "İD" sıralarında döyüşmüş italiyalı silahlıların öz vətənlərinə dönmələri ilə bağlıdır. Agentlər xüsusilə Əhməd Duqahim adlı terrorçunun izlənməsinə başlayıblar. Belə ki, onun Laqunaya geri dönəcəyi ilə bağlı informasiyalar mövcuddur. Hətta onun iz itirməkdən ötrü çalışma izni sənədi əldə etməsi ilə yanaşı, ev də kirayələməsi bəlli olub. Araçdırmaçı jurnalist Duqahimin 2012-ci ildən Yaxın Şərqdə döyüşdüyünü qeyd edib.

İtaliyanın xüsusi xidmət orqanları həmçinin Bəftiyar Brukanın rəhbərlik etdiyi və "İD" tərkibində döyüşən alban qrupu barədə də məlumat əldə edib. Belə ki, məhz onun rəhbərlik etdiyi qrup bu ilin fevralında Albaniyanın paytaxtı Tiranada terror aktı törətmişdi. Ötən il isə onu məhz Venesiyada görənlər olub. Məqalədə vurğulanır ki, məhz Venesiyanın vurulması planını onun dəstəsi reallaşdıra bilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə