Almaniyanın şimalı güclü siklonun təsiri altındadır
Almaniyanın şimalı güclü siklonun təsiri altındadır. Bəzi rayonlarda küləyin sürəti saatda 119 kilometrə çatıb. Hamburq şəhərində avtomobilinin üstünə ağacın düşməsi nəticəsində bir nəfər sürücü həyatını itirib. Şəhərin bəzi rayonlarında avtomobillərin hərəkəti iflic olub.
Qasırğa nəticəsində Meklenburq-Ön Pomeraniya torpağındakı Byutsov şəhərinə ciddi zərər dəyib. Şəhərin küçələrində dam örtükləri və şüşə qırıqları qalaqlanıb, yol nişanları aşıb, onlarla avtomobil çevrilib və 30-dək insan xəsarət alıb. Hamburq və Lyubek şəhərləri arasında dəmir yol əlaqəsi pozulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB