UNESCO tərəfindən təşkil edilən Dünya Mətbuat Azadlığı Günü 2016-cı ildə Finlandiyada keçiriləcək. Bu sözlər UNESCO-nun Riqada Dünya Mətbuat Azadlığı Günü münasibətilə keçirilən konfransın bağlanış mərasimində səsləndirilib.
Konfransda müasir dövrdə söz azadlığı, keyfiyyətli jurnalist araşdırmaları, jurnalistlərin təhlükəsizliyi, KİV-də qadınların rolu, bacarıq və vərdişləri məsələləri müzakirə edilib. Bildirilib ki, KİV azadlığı və insan hüquqlarının qorunması azad və demokratik cəmiyyətin, iqtisadi yüksəlişin, sülhün və beləliklə, uzunmüddətli inkişafın əsasıdır.
Konfransda bu il Gilyermo Kano mükafatının sahibinin suriyalı jurnalist Mazen Darviş olduğu elan edilib. Lakin o, 2012-ci ildən həbsdə olduğundan mükafat onun xanımına təqdim edilib. Qeyd edək ki, Dünya Mətbuat Azadlığı Günü münasibətilə Latviyada xüsusi poçt markası buraxılıb və təntənəli şəkildə UNESCO-nun Baş direktoru İrina Bokovaya təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB