Davudoğlu: “Ermənistan Azərbaycan torpaqlarından bir an əvvəl çəkilməlidir” AÇIQLAMA
"Qondarma soyqırımı iddiaları ilə bizi məngənəyə salmağa çalışanlar, istər Papa, istərsə də bəzi dövlət başçıları və parlamentlər bizi tanımalı, gücümüzü bilməlidirlər". SİA-nın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Qars və Ardahan şəhərlərinə ziyarəti zamanı səsləndirib.
O qeyd edib ki, tarixi araşdırmağa istənilən vaxt hazırıq. Aramızdakı ixtilaflara son vermək və yeni Qafqaz yaratmaq lazımdır: "Biz tariximizi danışarıq, hər kəslə üz- üzə gələrik, oturub dərdləşər, acı və ağrılarımızı paylaşarıq, amma heç vaxt heç kəsə boyun əymərik. Babalarımız kimi yol göstərərik, baş əymərik. Qarsdan bütün Qafqaza salam deyərək bildirmək istəyirəm ki, gəlin aramızdakı ixtilafları həll edək, gəlin tarixi danışaq, sülh şəraitində yaşayaq. Yeni Qafqaz yaradaq".
Davudoğlu onu da qeyd edib ki, ermənilər Qafqazda sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycan torpaqlarını işğalda saxlamaqdan əl çəkməlidir: "Amma o biri tərəfdən də demək istəyirik ki, biz bu çağırışı edərkən Ermənistan da işğal etdiyi qardaş, can Azərbaycanın torpaqlarından bir an əvvəl çəkilsin və o torpaqlar əsl sahiblərinə qayıtsın. Biz sülhə doğru irəliləyirik. Ölkəmizdə sabitlik yaratmışıq, Qafqazda, Balkan ölkələrində, Yaxın Şərqdə, Orta Asiyada da sülhü bərpa edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB