“Proqress” kosmik yük gəmisi hara və nə vaxt düşəcək?

ABŞ hərbçiləri bu suala cavab tapıblar
“Proqress” kosmik yük gəmisi hara və nə vaxt düşəcək?

"Proqress M27-M" kosmik yük gəmisi böyük ehtimalla mayın 8-də orbitdən çıxacaq. Bu barədə ABŞ-ın strateji komandanlığının birləşmiş kosmik əməliyyatlar mərkəzi məlumat verib. Mərkəzin məlumatına əsasən "Proqress" mayın 8-də Bakı vaxtı ilə saat 18:30-da ABŞ-ın Sakit Okean sahilləri yaxınlığında Yerə düşəcək.

Roskosmos isə öz növbəsində kosmik yük gəmisinin mayın 5-7-si arasında atmosferə daxil olacağını, lakin düşəcəyi yerin müəyyən edilməsinin hələ tez olduğunu bildirib.

Xatırladaq ki, aprelin 28-də fəzaya buraxılan "Proqress M27-M" kosmik gəmisi qeyri-müəyyən səbəblərə görə hesablanmış orbitə daxil ola bilməyib. Bundan sonra onunla əlaqə itirilib və nəticədə kosmik gəmi nəzarətsiz halda Yerə doğru enməyə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə