Nepal hökuməti xilasedicilərin ölkədən çıxmasını istəyir

Nepal hökuməti xilasedicilərin ölkədən çıxmasını istəyir

Nepalın Hindistandakı səfiri Dip Kumar Upadxyai bildirib ki, onun ölkəsi xarici dövlətlərin axtarış-xilsadesici qruplarının Nepaldan çıxmasını xahiş edir. SİA xəbər verir ki, bu barədə "dpa" agentliyi məlumat yayıb. Upadxyai bildirib ki, bu xahişin edilməsi heç bir siyasi məsələyə aid oluna bilməz. Sadəcə, axtarış-xilas işləri yekunlaşıb və yerdə qalan işlərin öhdəsindən gəlməyi nepallıların özləri də bacararlar. Nepalın Hindistandakı səfiri onu da qeyd edib ki, artıq zəlzələdən zərər çəkmişlər üçün reabilitasiya fazasına başlamağın vaxtı çatıb.

"Biz ötən gecədən başlayaraq, onlardan ölkəni tərk etməyi xahiş etmişik. Artıq bir çox komandalar gediblər" -deyə, Nepallı diplomat bildirib.

Səfir buna rəğmən onu da qeyd edib ki, əgər xilasedicilərin dağıntıların təmizlənməsi məsələsində peşəkarlıqları varsa, ölkədə qala blərlər.

Xatırladaq ki, aprelin 25-də episentri Nepalın paytaxtı Katmandudan 82 km aralıda maqnitudası 7,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 10 minə yaxın insan həyatını itirib, 15 mini isə müxtəlif bədən xəsarətləri alaraq, yaralanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə