Dünyanın ən bahalı telefonu əl ilə belə yığılır FOTOLAR

Dünyanın ən bahalı telefonu əl ilə belə yığılır FOTOLAR

Əllə yığılır, keyfiyyətə nəzarət edilir, hər bir müştəriyə individual yanaşılır.Bu, dünyada ən bahalı telefon sayılan Vertu-nun istehsalında 3 əsas şərtdir.

İngiltərənin Hempşir qraflığında yerləşən Çerç Krukhem müəssisəsinə girmək hər oğulun işideyil: Güclü mühafizə insanda elə təəssürat yaradır ki, elə bil burada mobil telefon yox, nəsə çox məxfi və strateji əhəmiyyətli bir şey hazırlanır.

Bura ancaq əməkdaşlar və müştərilər daxil ola bilər. Yeri gəlmişkən, sonunculara hətta öz telefonlarının yığılmasını izləməsinə izn verilir.

Bir balaca tarixindən danışaq. 30 sadə telefon qiymətində olmasına baxmayaraq, texniki cəhətdən çox da müasir olmayan bu ideyanın müəllifi Nokiadır. Tənqidçilər bu fikrin mənasız olduğunu düşünürdülər. Lakin gözlənilənlərin əksinə olaraq, çox dəyərli olan bu telefonun alıcısı kifayət qədər artdı.

Məsələn, birinci model Signature bu günə qədər istehsal edilir. Onun hələ də knopka ilə istifadəsi isə mühafizəkar sahiblərini heç də çəkindirmir.

İlk mükəmməl smartfon Vertu Ti 2013-cü ilin fevral ayında, 4 nüvəli prosessorun bazasında Signature Toush isə 2014-cü ilin iyul ayında istehsal edilib. Bu səbəbdən Vertu digər istehsalçılardan çox geridədir. Lakin FaktXəbər-in verdiyi məlumata görə, bu, ilk baxışdan belədir: Məlum səbəblərə görə Vertu sadəcə ancaq tərəqqini izləyən geek-lərə və yeni oyunlarla maraqlanan yeniyetmələri nəzərə almır. Burada əsas məsələ hər bir müştəriyə individual yanaşma və əlbəttə ki, əllə yığılmasıdır.

İnanılması çətin olsa da, hətta elektronika komponetləri avtomatlaşdırmadan calanır. Bu, o demək deyil ki, Vertu yeni texnologiyanın düşmənidir. Sadəcə hesab olunur ki, konveyer eyni keyfiyyəti verməz.

Ustaların istifadə elədiyi alətlər əsl İsveç saatlarının yığımında istifadə olunanlarla eynidir.

Sexdə hava hər 4 saatdan bir dəyişdirilir ki, ekrana bir toz zərrəciyi belə düşməsin.

Çerç Krukhemdə Vertu başdan ayağa istehsal olunmur: elektron komponentlər və korpusun materialların digər istehsalçılardan sifariş edilir. Onlar hətta öz əməliyyat sistemlərini belə fikirləşməyiblər: Android KitKat istifadə edilir.

Vertunun bazasında qiymətli metallar və brilliantdlardan istifadə olunmur. Ancaq bu demək deyil ki, korpusun materialları ucuzdur. Məsələn, alliqator dərisindən korpuslar var. Yaxud ekrap sapfirdən ibarətdir.

Lakin çox zəngin müştərilərə individual sifarişdən imtina edilmir. Platin korpus istəyirsiz? Problem deyil. Hər bir kaprizin öz qiyməti var.

Usta hazır detallardan Vertu-nu yığır. Səhv etmək demək olar ki, mümkün deyil: proses çox dəqiq qeyd olunub.

Son mərhələdə hər bir telefon xüsusi sexdə yoxlanılır.

Bundan sonra hər bir aparata seriya nömrəsi, onu yığan ustanın imzası, kompaniyanın loqotipi və "Nadmade in England" şüarı yazılır.

Vertunun yeni modeli cari ilin payız fəsli üçün gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB