Koalisiya qüvvələri Ədən sahillərinə yeridilib

Koalisiya qüvvələri Ədən sahillərinə yeridilib

Xalq müqavimət komitəsinin apardığı uğurlu döyüşlərdən və Ədən hava limanı rayonunun azad edilməsindən sonra koalisiyaya aid qoşun hissələri şəhərə yeridilib. Bu barədə Yəmən ordusunun tədqiqatlar mərkəzinin briqada generalı Saleh əl-Əbahi məlumat verib.

Anadolu informasiya agentliyi xəbər verir ki, generalın sözlərinə görə, hava limanı bilavasitə Ədən körfəzində yerləşdiyindən onu azad etməyənə qədər şəhərə ordu yeridilməsi təhlükəli olardı. Bu zaman limandan yerüstü qüvvələrə və hərbi gəmilərə hücum etmək üçün hərbi baza kimi istifadə edilə bilərdi.

Yəmənin Ədən şəhərindəki Burayka rayonunun Xaysa sahillərinə qoşun çıxarılması aprelin 7-də nəzərdə tutulmuşdu. Lakin "Ənsar Allah" hərəkatının tərəfdarları, husi-şiə üsyançıları ilə yerli əhalidən təşkil olunmuş könüllülərdən ibarət xalq müqavimət komitəsi arasında gedən ağır döyüşlər səbəbi ilə 27 gün ləngiyən yerüstü əməliyyatlar yalnız bu gün baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə