Dəmiryolçular tətilə başladı

Dəmiryolçular tətilə başladı

Almaniya dəmiryollarında işləyən maşinistlər tətilə çıxır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, maaşların artırılması tələbiylə maşinistlər 6 günlük aksiya keçirəcəklər. Dəmiryolçular ittifaqının yaydığı açıqlamada bildirilir ki, yük qatarlarında çalışan maşinistlər bu gün 15.00-da, sərnişin qatarlarındakı maşinistlər isə mayın 5-də, saat 14:00-da tətilə başlayacaq. Maşinistlərin tətili 10 may saat 9:00-a qədər davam edəcək.

Qeyd edək ki, Alman dəmiryolları şirkəti "Deutsche Bahn"ın (DB) maşinistlərlə danışıqları nəticə verməyib. Ölkənin kütləvi informasiya vasitələri isə "Deutsche Bahn"ın maşinistlərin tələblərini rədd etdiyini və hüquqlarını ayaqlar altına aldığını bildirir. Etirazçılar iki mərhələli şəkildə 1 İyuldan etibarən maaşlara 4,7 nisbətində ödəniş artımını və 30 İyuna qədər birdəfəlik min avro ödənişi tələb edirlər. Bundan başqa, maşinistlər həftədə 1 saat daha az iş və pensiya tənzimləməsinin təkmilləşdirilməsini tələb edirlər. Almaniyada dəmiryolular keçən ilin sentyabr ayından etibarən 7 dəfə tətilə gediblər. Ən son isə aprelin 21 –də 66 saatlıq tətil elan etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə